AZ

"Qarabağ" bu gün yoxlama matçına çıxacaq

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün yoxlama oyunu keçirəcək.

"Football-plus.az" xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Ukrayna təmsilçisi "Metallist" (Xarkov) ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 19.30-da start götürəcək. Ölkə çempionu Bakıdakı ilk yoxlama matçında "Zirə"ni 4 cavabsız qolla üstələyib.

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması 29-30-da baş tutacaq.

Seçilən
3
50
football-plus.az

10Mənbələr