Fanat portalından verilən məlumata əsasən, ain.az bildirir.
Bu gün "Qarabağ"ın 2008-ci il təvəllüdlü futbolçulardan ibarət komandası ilə Barselonanın "Marcet" akademiyasında futbolun sirlərinə yiyələnən azərbaycanlı həmyaşıdları arasında yoldaşlıq görüşü keçirilib.
Fanat.Az-ın məlumatına görə, qarşılaşma "Sərhədçi" idman kompleksinin stadionunda baş tutub.
Matçın start fiti 20.00-da səsləndirilib. "Marcet"i təmsil edən komandanı meydana ispan mütəxəssis Karlos Rivero çıxarıb. Oyun ağdamlıların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Sabah isə Ağdam təmsilçisinin 2009-cu il təvəllüdlü futbolçuları "Marcet"in eyni yaş qrupundan olan azərbaycanlıları ilə üz-üzə gələcəkləri. Bu görüş də "Sərhədçi"də reallaşacaq.
Nihat
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.