AZ

Tramp: ABŞ BRICS-i dəstəkləyən ölkələrə tarif tətbiq edəcək

BRICS-i dəstəkləyən ölkələrə 10%-lik tarif tətbiq olunacaq.

APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" hesabında deyib.

“BRICS-in ABŞ-a qarşı siyasətini dəstəkləyən istənilən ölkə 10%-lik tarifə məruz qalacaq. Heç kim istisna edilməyəcək”,- Tramp qeyd edib.

Onun sözlərinə görə, iyulun 7-dən başlayaraq ABŞ tariflərin qoyulacağı ölkələrə əvvəlcədən məlumat verəcək.
Seçilən
13
28
sherg.az

10Mənbələr