AZ

Azərbaycanda hər 8 ci uşaq nikahdan kənar doğulur: Təhlükəli siqnal VİDEO

Sfera.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycanda demoqrafik vəziyyət mütəxəssislər arasında ciddi narahatlıq doğurur.

Sfera.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il rəsmi nikahda olmayan qadınlar tərəfindən 13 228 uşaq doğulub.

Rəsmi “Azərbaycan rəqəmlərlə” statistik məcmuəsində qeyd olunur ki, bu problem ölkə üzrə bərabər səviyyədə müşahidə olunmur: şəhərlərdə 5 158, kənd yerlərində isə 8 070 belə hal qeydə alınıb. Bu isə ümumi doğumların 12,9 faizini təşkil edir və deməli ölkədə hər səkkizinci uşaq rəsmi nikah olmadan dünyaya gəlir.

Sosioloq Üzeyir Şəfiyev bu tendensiyanı bir sıra sosial-iqtisadi səbəblərlə əlaqələndirir.

Onun fikrincə, yaxın qohumlar arasında nikahların qadağan edilməsini nəzərdə tutan yeni qəbul edilmiş qanun bu göstəricilərin müəyyən qədər azalmasına səbəb ola bilər. Lakin sosioloq nikahdan kənar münasibətlərə dair qanunvericiliyin sərtləşdirilməsini zəruri sayır.

“Nikahdan kənar doğulan uşaqlarla bağlı problem zaman keçdikcə ciddi sosial nəticələr doğurur,” – deyə ekspert qeyd edir. 

Həll yollarından biri kimi ölkədə nigah müqaviləsinin məcburi olması təklif edilir.

Daha ətraflı “Xəzər Xəbər”in videomaterialında:

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
12
sfera.az

10Mənbələr