İranda velosiped sürərkən itkin düşən gənc fransalı iyunun 16-dan bəri ailəsi ilə əlaqə saxlamayıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə AFP Fransa diplomatik mənbəsinə istinadən xəbər verir.
Mənbə bu işi “narahatedici” adlandırıb.
“Biz bununla bağlı onun ailəsi ilə əlaqə saxlayırıq” deyən mənbə Fransa vətəndaşlarına “Tehranın düşünülmüş Qərb vətəndaşlarını girov götürmək siyasəti” səbəbindən İrana səfər etməmələri tövsiyə edildiyini bildirib.
İtkin düşmüş şəxs haqqında məlumatı ilk olaraq sosial şəbəkədə turistin tapılması üçün kömək istəyən yaxınları yayıb. Fransa rəsmiləri həmin şəxsin adını açıqlamayıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta