AZ

Bacısını 14 bıçaq zərbəsi ilə qətlə yetirib, başını kəsməyə cəhd etdi

Bacısını 14 bıçaq zərbəsi ilə qətlə yetirib, başını kəsməyə cəhd etdiAntalyanın Manavqat rayonunda baş verən dəhşətli ailə dramında 27 yaşlı Mehmet Ateş, bacısı Ege Universitetinin Uşaq İnkişafı fakültəsinin I kurs tələbəsi olan 19 yaşlı Nazife Ateşi 14 bıçaq zərbəsi ilə qətlə yetirib, onun başını kəsməyə çalışıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə Salkım Evler məhəlləsinin 3523-cü küçəsində yerləşən bir binanın mənzilində baş verib. Qardaş və bacı arasında səbəbi hələlik məlum olmayan mübahisə münaqişəyə çevrilib. Bu zaman Mehmet Ateş bıçaqla bacısına hücum edərək onun bədəninin müxtəlif nahiyələrinə 14 dəfə bıçaq zərbəsi endirib və başını kəsməyə cəhd edib.

Nazife Ateş evdən qaçmağa çalışsa da, qapını açdığı an hadisəyə şahid olan qonşular müdaxilə edib. Qanlar içində yerə yıxılan Nazifənin üzərində oturaraq onu bıçaqlamağa davam edən Mehmet Ateşi qonşular geri çəkməyə çalışıb. Bu zaman yaşanan qarşıdurma nəticəsində qatilin anası da əlindən xəsarət alıb.

Hadisə yerinə çağırılan təcili tibbi yardım və polis qrupları Nazife Ateşin artıq həyatını itirdiyini müəyyən edib. Mehmet Ateş saxlanılaraq polis idarəsinə aparılıb. Gənc qızın cəsədi isə Antalya Ədliyyə Tibb Morguna təhvil verilib.

Məlumata görə, mebel mağazasında işləyən Mehmet Ateşin psixoloji problemləri olub və daha əvvəl intihara cəhd edib. Bacısı Nazife Ateş isə yay tətili münasibətilə ailəsinin yanına qayıtmışdı.

Seçilən
25
42
sonxeber.az

10Mənbələr