AZ

İsrailin Şərqi Qüdsdəki məscidlərə artan basqınlarını pisləyirik - Fələstin

BAKI, TurkicWorld

Fələstin Xarici İşlər Nazirliyi İsrailin və Fələstin torpaqlarını qəsb etmiş yəhudi məskunlaşmaçıların Şərqi Qüdsdə yerləşən Əl-Əqsa məscidinə artan basqınları ilə bağlı beynəlxalq ictimaiyyətə xəbərdarlıq edib.

TurkicWorld xəbər verir ki, açıqlamada bu basqınların ciddi narahatlıq doğurduğu və status-kvonu dəyişməyə yönəlik təhlükəli addımlar kimi qiymətləndirildiyi bildirilib.

Rəsmi bəyanatda Şərqi Qüdsün 1967-ci ildən işğal olunmuş Fələstin ərazisinin ayrılmaz hissəsi olduğu və Fələstin Dövlətinin paytaxtı sayıldığı xüsusi olaraq qeyd olunub. Fələstin rəhbərliyi BMT və YUNESKO-ya çağırış edərək, Qüdsdəki İslam və xristian müqəddəs məkanlarının qorunması üçün dərhal məsuliyyət götürmələrini istəyib.

Fələstin Vəqflər və Dini İşlər Nazirliyinin məlumatına görə, təkcə iyun ayında israillilər və təhlükəsizlik qüvvələri Əl-Əqsa məscidinə 25-dən çox dəfə hücum edib və bu müddətdə müsəlmanların ibadətinə qadağalar tətbiq olunub.

Qeyd edək ki, Fələstin hakimiyyəti Əl-Əqsaya qarşı edilən bu hücumların fələstinlilərin məruz qaldığı ilhaq və zorakı köç siyasətinin bir hissəsi olduğunu bildirərək, beynəlxalq hüququn pozulduğunu vurğulayıb.

Seçilən
9
20
turkic.world

10Mənbələr