AZ

Polşa Almaniya ilə sərhəddə sərt nəzarət tətbiq etdi

BAKI, 7 iyul. TELEQRAF

Polşa bu gündən etibarən Almaniya ilə sərhəddə stasionar sərhəd nəzarəti tətbiq edib.

Teleqraf xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk bildirib.

Yoxlamalar gecəyarısından başlayaraq 52 keçid məntəqəsində həyata keçirilir və ən azı avqustun 5-dək davam edəcək.

Oxşar tədbirlərin yaxın günlərdə Litva ilə sərhəddə də tətbiq olunacağı gözlənilir.

Yeni nəzarət qaydalarına əsasən, sərhədi keçən şəxslərin şəxsiyyət vəsiqələri və pasportları yoxlanılacaq. Polşa sərhədçiləri xüsusilə avtobuslara, mikroavtobuslara, çoxsaylı sərnişin daşıyan nəqliyyat vasitələrinə və qaralmış (tünd) şüşəli avtomobillərə xüsusi diqqət yetirəcəklər.

Baş nazir qeyd edib ki, bu addımların əsas məqsədi qanunsuz miqrantların nəzarətsiz axınının qarşısını almaqdır.

Tusk həmçinin vurğulayıb ki, bu qərar Almaniyanın son addımlarına cavab olaraq qəbul olunub.

Qeyd edək ki, Almaniyanın yeni daxili işlər naziri Aleksandr Dobrindt mayın əvvəlində sərhəd nəzarətini gücləndirmək və Polşa ilə sərhəddə sığınacaq istəyənlərin qəbulunu rədd etmək barədə göstəriş verib.

Seçilən
3
10
teleqraf.com

10Mənbələr