Almaniyanın Meklenburq–Qərbi Pomeraniya federal torpağında yerləşən Rügen adasındakı Binç kurortu ildə 1850-dən çox günəşli saatla tanınır və turistlər üçün məşhur məkandır...
Poliqon xəbər verir ki, lakin kurortun idarəsi təəccüb doğuran addım ataraq, nasist Almaniyasına istinad edən bir paylaşım edib: "Instagram"da populyar çimərlik gözlənilmədən Hitler dövrünə aid fotoşəkillə "#İnstagramsız və pilotsuz uçan aparat (dronsuz) yay əhvalı" başlığı altında təqdim olunub.
Sözügedən qara-ağ foto 1938-ci ilə aiddir - həmin dövrdə Binçdə yəhudi otel sahiblərinin mülklərinin zorla əlindən alınması, yəni ticarətin "ariləşdirilməsi" həyata keçirilib. Cəmi bir neçə ay sonra Almaniyada baş vermiş noyabr qırğınlarında minlərlə yəhudi hüquqlarından məhrum edilmiş, qarət olunmuş və öldürülmüşdü.
Bild redaksiyası kurortun idarəsinə bu dövrə aid fotonun niyə istifadə olunduğu barədə sorğu ünvanlayıb. İdarənin nümayəndəsi bildirib:
"Bu paylaşım dəhşətli və utandırıcı bir səhvdir. Bizə çox, çox təəssüf edir - dərindən üzr istəyirik. Təbii ki, paylaşımı dərhal sildik".
Nümayəndənin sözlərinə görə, kurort icması artıq uzun müddətdir Rügen adasının nasist keçmişinin araşdırılması ilə fəal şəkildə məşğuldur. Bu məqsədlə yeni bir xatirə mədəniyyəti muzeyinin yaradılması planlaşdırılır:
"Biz həmçinin "Prora"dakı sənədləşdirmə mərkəzini satın almışıq. Bu qurum yaxın vaxtlarda iflas müraciəti etmişdi və biz onu yenidən canlandırmağı planlaşdırırıq"
Qeyd edək ki, Prora Binçin bir bölgəsidir və burada 1936-cı ildə "Güc sevinc vasitəsilə" ("Kraft durch Freude") təşkilatı üçün bir kilometrlik kompleks inşa edilmişdi. Burada eyni anda 20 min nəfərdən ibarət "xalq birliyi" üzvünün istirahət etməsi planlaşdırılırdı. Lakin Almaniyanın Polşaya hücumu və II Dünya müharibəsinin başlanması ilə layihə dayandırılıb.
Poliqon.info