AZ

Növbəti ildə Qarabağ Universitetində açılacaq FAKÜLTƏLƏR

2024-2025-ci tədris ili üzrə Qarabağ Universitetinin bakalavriat səviyyəsinə 1104 tələbə qəbul olub və qəbul planı 98,5 faiz yerinə yetirilib. 

AzEdu.az xəbər verir ki, bu barədə məlumat Elm və Təhsil Nazirliyinin 2024-2025-ci tədris ilinə dair hesabatında yer alıb.

Qarabağ Universitetində kadr hazırlığı 6 fakültədə (Pedaqoji, İncəsənət, Humanitar və sosial elmlər, Mühəndislik, İqtisadiyyat və Turizm) 27 ixtisas üzrə həyata keçirilir. Növbəti illərdə Tibb və Aqrar elmlər fakültələrinin yaradılması planlaşdırılıb.

 

Seçilən
23
7
azedu.az

10Mənbələr