Bakı. Trend:
Fransanın futbol üzrə milli komandasının hücumçusu Kilian Mbappe“Real” klubunun bütün dövrlər üzrə rekordunu müəyyənləşdirib.
Trend bu barədə“Stats Foot” nəşrinə istinadən xəbər verir.
Forvard klublararası dünya çempionatının dörddəbir finalında“Borussiya”ya qarşı keçirilən oyunda (3:2) qol vurub. Beləliklə,Mbappe bir mövsüm ərzində “Real”ın heyətində yeddi fərqli turnirdəqol vurmaqla unikal nəticəyə imza atıb.
Ümumilikdə, Mbappe “Real”ın heyətində bütün turnirlərdə 58 oyunkeçirib. Bu matçlarda 44 qol vurub və beş məhsuldar ötürmə edib. O,UEFA Superkuboku, Çempionlar Liqası, klublararası dünya çempionatı,Qitələrarası kubok, həmçinin, La Liqa, İspaniya Kuboku və İspaniyaSuperkubokunda qollarla yadda qalıb.
Mbappe 2024-cü ilin yayında “Real”a transfer olunub. Ondan əvvəlisə 2017-ci ildən etibarən PSJ-nin heyətində çıxış edirdi.