
Rusiya ordusu Ukraynanın Zaporojya və Donetsk vilayətlərində daha iki yaşayış məntəqəsini ələ keçirib.
Reyting.az xəbər verir ki, bunu Ukraynanın “DeepState” analitik layihəsinin yenilənmiş xəritəsi sübut edir.
Analitiklərin “Telegram” kanalında qeyd edildiyi kimi, söhbət Lobkovoe və Poddubnedən gedir. Həmçinin, ruslar bu bölgələrdə daha iki yaşayış məntəqəsi yaxınlığında irəliləyiblər:
“Düşmən Lobkovoe və Poddubneni işğal edib, həmçinin Stepne və Rivnepolye yaxınlığında irəlilədi”.
Dünən isə Ukrayna Müdafiə Qüvvələrinin 37-ci Əlahiddə Dəniz Briqadası Dnepropetrovsk vilayətinin Daçnoye şəhərində öz bayrağını sancıb. Ruslar bu kəndin tutulduğunu elan etmişdilər.
ELÇİN