AZ

Altı ayda 132 mindən çox pensiya, müavinət və təqaüd təyinatı proaktiv qaydada aparılıb

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 7 iyul, AZƏRTAC

Bu ilin yanvar-iyun ayları ərzində 132 min 227 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib.

Bu barədə AZƏRTAC-a Dövlər Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, onlardan 24 min 432-si pensiya, 107 min 795-i müavinət (o cümlədən məcburi dövlət social sığorta hesabına ödənilən) və təqaüd təyinatıdır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
4
azertag.az

10Mənbələr