AZ

Donnaruma psixoloji sarsıntı keçirib?

PSJ-nin qapıçısı Canluici Donnarumma klublararası dünya çempionatının 1/4 final mərhələsinin “Bayern” ilə oyununda (2:0) baş verən hadisədən dərin sarsıntı keçirib.

Publika.az xəbər verir ki, birinci hissənin sonunda Donnarumma ilə toqquşmadan sonra Münhen klubunun yarımmüdafiəçisi Camal Musiala ciddi zədə alıb. Almaniyalı futbolçuya baldır sümüyünün sınığı və topuq çıxığı diaqnozu qoyulub. Həkimlər onun ən azı 4 ay yaşıl meydanlardan uzaq qalacağını bildiriblər.

Fransanın “RMC Sport” nəşrinin məlumatına görə, Donnarumma bu hadisədən sonra özünü çox pis hiss edib. İtaliyalı qapıçı həm meydanda, həm də fasilə zamanı PSJ-nin idman psixoloqu Xoakim Valdeslə uzun söhbət aparıb. Valdes ona dəfələrlə bu zədəyə görə məsuliyyət daşımadığını deyib.

Final fitindən sonra Donnarumma “Bayern”in paltardəyişmə otağına baş çəkib.

Seçilən
11
50
publika.az

10Mənbələr