AZ

"Taxıl saziş"inin müddəti başa çatdı – Ən çox hansı ölkələr risk altındadır?

2022-ci ildə Rusiya və Ukrayna arasında imzalanan, BMT və Türkiyənin vasitəçiliyi ilə həyata keçirilən “Taxıl sazişi” qlobal ərzaq təhlükəsizliyinin qorunmasında mühüm rol oynayıb. Bu saziş sayəsində Ukraynanın Qara dəniz limanlarından milyonlarla ton buğda və digər ərzaq məhsulları dünya bazarına çıxarıldı.
Lakin bu sazişin müddəti başa çatdı və tərəflər onun uzadılmayacağını rəsmən elan etdilər. Bu qərar xüsusilə ərzaq idxalından asılı olan regionlarda – Afrika ölkələrində, Yaxın Şərqdə və Cənub-Şərqi Asiyada ciddi narahatlıq yaradıb. Əsas sual isə budur: taxıl ixracının dayanması hansı ölkələri və regionları daha ağır vəziyyətə sala bilər? Ərzaq qiymətləri yenidən yüksələcəkmi və dünya yeni bir qida böhranına sürüklənə bilərmi?
Moderator.az-a danışan iqtisadçı Eldəniz Əmirov bildirib ki, taxıl sazişi ilə bağlı vəziyyət artıq çox riskli və təhlükəli deyil.
Onun sözlərinə görə,  bu saziş dünya üçün və qlobal ərzaq təhlükəsizliyi üçün hazırkı vəziyyətdə strateji təhdid daşımır. 
 
“Bu baxımdan dünya ölkələrinin bu məsələyə önəm vermədiyini biz görürük. Əslində burda bir həqiqət var.
Azərbaycan diversifikasiya edilmiş şəkildə müxtəlif ölkələrdən taxıl təchizatını həyata keçirir. Bu sazişin uzadılıb-uzadılmamasının Azərbaycan üçün hər hansı ciddi riski yoxdur.
Ölkəmiz ərzaq təhlükəsizliyini milli təhlükəsizlik səviyyəsində qiymətləndirir və buna görə də bu sahədə təhdidlərə qarşı hazırlıqlıdır. Nəticə olaraq, bu sazişin bitməsi Azərbaycana təsir etməyəcək”,- deyə iqtisadçı qeyd edib.
 
Mehin Mehmanqızı
 
Seçilən
0
21
moderator.az

10Mənbələr