AZ

Azərbaycanda “UnionPay” ödəniş kartları ilə əməliyyatların sayı 2 dəfə artıb

Bakı. Trend:

Bu ilin may ayının sonuna olan məlumata görə, Azərbaycandarezident maliyyə institutlarının (həmçinin statistik vahidin ödənişkartları) emissiya etdiyi “UnionPay” kartları vasitəsiləəməliyyatların sayı 200 ədəd, əməliyyatların həcmi isə 30 min manatolub.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, əvvəlki ayla müqayisədə “UnionPay” kartları iləəməliyyatların sayı 100 ədəd və ya 2 dəfə artıb, “UnionPay”kartları ilə əməliyyatların həcmi isə 20 min manat, yaxud da 40%azalıb.

Belə ki, cari ilin aprel ayının sonunda Azərbaycanda rezidentmaliyyə institutlarının emissiya etdiyi “UnionPay” kartlarıvasitəsilə əməliyyatların sayı 100 ədəd, əməliyyatların həcmi isə50 min manat idi.

Qeyd edək ki, rezident maliyyə institutlarının emissiya etdiyiödəniş kartları vasitəsilə əməliyyatların həcmi və sayı dedikdə,ölkə daxilində fəaliyyət göstərən maliyyə institutlarının (yerlibanklar və ya maliyyə qurumları) verdiyi ödəniş kartları ilə həyatakeçirilən əməliyyatların ümumi həcmindən və sayından bəhsolunur.

Seçilən
81
3
az.trend.az

10Mənbələr