Bakı. Trend:
İspaniyanın Pamplona şəhərində (Navarra muxtar bölgəsi) bu ilkeçirilən San-Fermin festivalı çərçivəsində baş tutan ilk öküzqaçışı zamanı azı altı nəfər xəsarət alıb.
Trend xəbər verirki, bu barədə Qırmızı Xaç təşkilatının yerli şöbəsi məlumatyayıb.
Ənənəvi olaraq, qaçış yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə10:00-da) başlayıb və təxminən üç dəqiqə davam edib.
Navarranın himayədarı müqəddəs Fermin şərəfinə təşkil olunanfestival bir həftəyə yaxın davam edir. Bu müddət ərzində hər gün“ensyerro” adlanan öküz qaçışları keçirilir. Bu yarışlarda yüzlərləinsan qapalı məhəccərdən buraxılan buğaların qarşısında darküçələrlə bir neçə dəqiqə qaçaraq iştirak edir.
Qaçışlarda həm yerli sakinlər, həm də turistlər iştirak edəbilirlər. Bir çox iştirakçı həyəcanı artırmaq üçün bilərəkdənöküzlərə çox yaxın məsafədə qaçır.
Hər il festival çərçivəsində keçirilən qaçışlar zamanıiştirakçılar arasında xəsarət alanlar olur.