AZ

Mbappe "Real"da heç kimin bacarmadığını etdi

style='margin-bottom:10px;'>

"Real"ın hücumçusu Kilian Mbappe Madrid klubunda yeni rekorda imza atıb.

QOL.az "Stats Foot"a istinadən xəbər verir ki, fransalı futbolçu bir mövsümdə 7 müxtəlif turnirdə qol vuraraq buna nail olub.

Mbappe Klublararası dünya çempionatının 1/4 finalında Dortmund “Borussiya”sına qalib gəldikləri (3:2) oyunda turnirdə ilk dəfə fərqlənib. O, 2024/25 mövsümündə İspaniya La Liqası, İspaniya kuboku, Çempionlar Liqası, İspaniya Superkuboku, UEFA Superkuboku və Qitələrarası kubokda da qol vurub.

Qeyd edək ki, Mbappe 2024-cü ilin yayından "Real"ın futbolçusudur.

Seçilən
17
50
teleqraf.com

10Mənbələr