AZ

İsrail Yəməni bombalayıb VİDEO

ain.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AzVision.az xəbər verir ki, İsrailin Müdafiə naziri İsrael Kats Yəməndəki “Ənsar Allah (husi)” hərəkatına qarşı “Qara Bayraq” adlı yeni hərbi əməliyyatın başladığını bildirib. Zərbələrdə Hodeyda, Ras-İsa və Səlif limanlarını hədəf alan 20-yə yaxın döyüş təyyarəsi iştirak edib. İsrail ordusu husilərin bu limanlardan İrandan silah daşımaq üçün istifadə etdiyini bildirib. Ras-İsa limanından 2023-cü ilin noyabrında husilər tərəfindən ələ keçirilən “Galaxy Leader” gəmisini vurmaq üçün istifadə olunduğu iddia edilir. Bundan əlavə, İsrail ordusunun “husi rejiminin hərbi əməliyyatları üçün mühüm enerji təchizatı obyekti kimi xidmət etdiyini” bildirdiyi Ras-Kanatib elektrik stansiyası vurulub. İsrailin Müdafiə naziri İsrael Kats “Yəmənə Tehran kimi baxılacağını” diqqətə çatdırıb. “İsrailə zərər verməyə çalışan hər kəs cəzalandırılacaq, İsrailə əl qaldıran hər kəsin başı kəsiləcək. Husilər əməllərinin ağır əvəzini ödəməyə davam edəcəklər”, - Kats vurğulayıb. “Reuters” agentliyinin məlumatına görə, husilərin sözçüsü, öz növbəsində, qrupun hava hücumundan müdafiə qüvvələrinin “çoxlu sayda yerli istehsal olan yer-hava raketlərindən istifadə etməklə” İsrailin hücumuna qarşı dayandığını bildirib. - Hodeydaya endirilən zərbələrdən sonra elektrik stansiyası sıradan çıxıb və şəhər elektrik enerjisini kəsib. Zərbələr nəticəsində ölən və ya yaralananların olub-olmadığı hələlik məlum deyil”, - yəmənli sakinlərə istinad edən agentlik yazır. ÇAXAL bildirib ki, İsrail qırıcılarının hücumundan bir neçə saat sonra husilər İsrailə doğru ən azı iki raket atıblar. Qüdsün cənubunda və Ölü dəniz yaxınlığındakı icmalarda hava hücumu siqnalları səslənib. “Magen David Adom” təcili yardım xidməti itkilərin olmadığını açıqlayıb. Sahil İsgəndərov

AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
21
azvision.az

10Mənbələr