AZ

KİV: Ukraynanın Almaniyadan istədiyi silahlar üzə çıxdı

Ukraynanın Almaniyadan istədiyi silahların siyahısı açıqlanıb.

Teleqraf xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Nəşr bu siyahını ukraynalıların konkret ehtiyaclarını göstərən gizli sənəd kimi təqdim edib.

Məqalədə qeyd olunur ki, Ukraynanın tələbləri milyardlarla avro dəyərindədir. Siyahıda hava hücumundan müdafiə sistemləri, zirehli nəqliyyat vasitələri və radioelektron mübarizə vasitələri yer alır.

Nəşr yazır ki, Almaniyada yeni hökuməti formalaşdıqdan sonra rəsmi qurumlar Ukrayna Silahlı Qüvvələrinə göndərilən yeni silah tədarükləri barədə məlumatların dərcini dayandırıblar.
Seçilən
6
44
sherg.az

10Mənbələr