AZ

Yoldakı problemə görə sürücü xərcə düşdü - Kim cavabdehdir? - AÇIQLAMA 

Bakının Binəqədi qəsəbəsində sürücü yoldakı çuxura düşərək avtomobilinə ciddi zərər dəyib. Sürücü bildirir ki, hadisə nəticəsində avtomobilin asqı sistemi, amortizatorları, diskləri, təkəri, mühərrik qoruyucusu və sükan sistemi zədələnib, maşın tüstüləyərək dayanıb. Zərərin ümumi dəyəri təxminən 2000 manat civarındadır.


Sürücü 102-yə məlumat verərək məsələ ilə bağlı şikayətini bildirib və dəymiş ziyanın ödənilməsini tələb edir.


Bəs bu halda dəymiş ziyanı kim qarşılayır? 


Məsələ ilə bağlı vəkil Nurlan Səfərov bildirib ki, ilkin olaraq yol çuxuruna görə dəymiş zərərə görə məsuliyyətin aydınlaşdırılması üçün həmin yolun AAYDA və ya bələdiyələr, İcra Hakimiyyətinin balansında olma aydınlaşdırılmalıdır:


"Faktla bağlı sürücü tərəfindən şəkillər, video görüntü çəkilməli, eyni zamanda hadisənin protokollaşdırılması üçün polis əməkdaşı çağrılmalıdır.Avtomobilə dəymiş zərəri müəyyən etmək üçün sürücü rəsmi servisə nüraciət edərək dəymiş zərərin məbləğini müəyyənləşdirə bilər. Aidiyyatı quruma sözügedən sənədlərlə müraciət edərək dəymiş zərərin ödənilməsini tələb edə bilər. Qurum tərəfindən imtina verilərsə vətəndaş dəymiş zərərin əvəzinin ödənilməsi üçün məhkəməyə müraciət edə bilər".

//
Milli.Az 


Seçilən
3
5
referans.az

10Mənbələr