AZ

Moskva vilayətinə dron hücumu olub Bu hərbi zavod vurulub + VİDEO

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

Bu gün səhər saatlarında Ukrayna ordusu Rusiyanın Moskva vilayətində yerləşən hərbi məqsədli kimya zavoduna dron hücumu həyata keçirib. 

Bu barədə Rusiya ictimai kanallarında və Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiyaya qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko məlumat verib.

Hücum Moskva vilayətinin Krasnozavodsk şəhərində qeydə alınıb. Bildirilir ki, burada yerləşən kimya zavodu Rusiya Müdafiə Nazirliyinin və güc strukturlarının sifarişi ilə partlayıcı maddələr, barıt, sursat və raket silahlarının komponentlərini istehsal edir. Zavod “Rostex” dövlət korporasiyasının tərkibinə daxildir və Krasnozavodsk şəhərinin əsas sənaye müəssisəsidir.

Zərbə nəticəsində ərazidə partlayış səsləri eşidilib, yerli sakinlər sosial şəbəkələrdə dronların uçuşunu və partlayışların videolarını paylaşıblar. 

Rusiya Müdafiə Nazirliyi bölgədə ümumilikdə 8 pilotsuz uçuş aparatının vurulduğunu iddia edib.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
33
azpolitika.info

10Mənbələr