AZ

Türkiyə mühüm statusunu itirir: yerini bu ölkə tuta bilər

"Türkiyə "Dron Koalisiyası"nda iştirak etdiyinə görə Ukraynadakı münaqişənin həllində vasitəçi rolunu itirə bilər".

Olaylar.az xəbər verir ki, bunu türkiyəli politoloq və Ankara -Moskva analitik şəbəkəsinin eksperti Engin Özer RİA Novosti agentliyinə açıqlamasında bildirib.

O xatırladıb ki, Türkiyə Ukraynaya pilotsuz uçan aparatları tədarük etməyə başlayan ilk ölkələrdən olub:

"Baykar" şirkəti artıq Ukrayna ərazisində onların istehsalı üçün zavod tikir. Ankara NATO üzvü olan dövlət üçün mümkün qədər neytral qalmağa çalışır. Lakin indiki şəraitdə onun Ukraynaya hərbi yardımda iştirakı münaqişənin digər tərəflərinin etimadını sarsıda bilər".

Özer əlavə edib ki, İstanbulda başlayan danışıqlar prosesi öz missiyasını effektiv şəkildə başa vurub:

"Tədricən yerini digər məkanlara, xüsusən də, ABŞ-ın fəal şəkildə dəstəklədiyi Səudiyyə Ərəbistanına verir".

Qeyd edək ki, Latviya Müdafiə Nazirliyi Türkiyə və Belçikanın Ukraynaya pilotsuz təyyarələrin tədarükü təşəbbüsünə qoşulduğunu bildirib. Hazırda koalisiyaya Böyük Britaniya, Fransa, Almaniya, Kanada və digər NATO dövlətləri də daxil olmaqla 20 ölkə daxildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
11
47
olaylar.az

10Mənbələr