AZ

İraqın şimalında şəhid olan türk hərbçilərin sayı 12-yə çatıbYenilənib

İraqın şimalında mağarada əməliyyat-axtarış tədbirləri zamanı metan qazından zəhərlənərək şəhid olan Türkiyə hərbçilərinin sayı 12-yə yüksəlib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Türkiyə milli müdafiə naziri Yaşar Gülər yoxlamalar aparmaq və şəhidlərin vida mərasimlərində iştirak etmək üçün nümayəndə heyəti ilə birgə bölgəyə gedib.

08:55

İraqın şimalında mağarada əməliyyat-axtarış tədbirləri zamanı Türkiyə Ordusunun daha üç hərbçisi şəhid olub.

Xezerxeber.az-ın xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Bununla da sözügedən əməliyyatda ölən hərbçilərin sayı 8-ə çatıb.

06.07.2025
19:03

İraqın şimalında bir mağarada əməliyyat-axtarış tədbirləri zamanı Türkiyə Ordusunun 19 hərbçisi metan qazından zəhərlənib, 5-i həyatını itirib.

Xezerxeber.az-ın xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, 28 may 2022-ci ildə İraqın şimalında Pençe-Kilit Əməliyyatı bölgəsində əməliyyat-axtarış tədbirləri zamanı PKK terrorçularının açdığı atəş nəticəsində Nuri Melih Bozkurt şəhid olub. Həmin vaxt intensiv atəşlə əlaqədar onun meyitini çıxarmaq mümkün olmayıb. Bu gün – iyulun 6-da Nuri Melih Bozkurtun nəşinin tapılması üçün mağarada əməliyyat-axtarış tədbiri həyata keçirilib və əməliyyat zamanı 19 əsgər metan qazından zəhərlənib.

Vertolyotla xəstəxanaya yerləşdirilən 19 əsgərdən 5-i həyatını itirib.

Seçilən
17
6
xezerxeber.az

10Mənbələr