9 il ərzində “AzerGold” QSC yerli və xarici bazarlarda 523 min unsiya qızıl və 989 min unsiya gümüşün satışını həyata keçirərək, ölkə iqtisadiyyatına 1,69 milyard manatdan çox vəsait cəlb edib.
QSC-nin məlumatına görə, bu məbləğin 1,592 milyard manatı ixrac, 98 milyon manatı isə yerli satışlardan əldə olunub. Dövlət büdcəsinə 216,4 milyon manat vergi, 34,8 milyon manat isə sosial ödəniş həyata keçirilib.
Səhmdar Cəmiyyəti ötən 9 il ərzində birbaşa və dolayı yolla 2351 nəfəri daimi işlə təmin edərək məşğulluğun artırılmasına da mühüm töhfə verib. Hazırda şirkət və törəmə cəmiyyətlərində – “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC-də 1088 nəfər, uzunmüddətli podratçılarda isə 1263 nəfər çalışır.