Bakı. Trend:
Nigeriyanın şimalında baş verən ağır yol qəzasında azı 21 nəfərhəyatını itirib. Kan ştatının ərazisində baş vermiş hadisəavtobusla yük maşının toqquşması nəticəsində qeydə alınıb.
Trend bu barədəNigeriyanın “Daily Trust” nəşrinə istinadən xəbər verir.
Toqquşmadan sonra avtobusun yanmağa başladığı bildirilir.Ölənlərlə yanaşı, ağır yol nəqliyyat hadisəsində yaralananlar daolub.
Şahidlərin verdiyi ifadəyə görə, qəzaya səbəb avtobussürücüsünün yol hərəkəti qaydalarını pozması olub.