AZ

Livan prezidenti ABŞ səfiri ilə Hizbullahı müzakirə edib

Livan

Livan Prezidenti Cozef Aun ABŞ səfiri Tom Barrak ilə görüşüb.

APA “Al Arabiyya” kanalına istinadən xəbər verir ki, tərəflər Hizbullahın tərksilah edilməsi ilə bağlı plan ətrafında fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, ABŞ səfiri bundan əvvəl Livan hökumətinə Hizbullahın tərksilah edilməsi ilə əlaqədar təklif irəli sürmüşdü.

Təklifdə həmçinin, Livanın Suriyanın yeni hökuməti ilə əlaqələri yaxşılaşdırmasına və iqtisadi islahatlar keçirməsinə çağırış edilirdi.

Seçilən
10
11
xalqcebhesi.az

10Mənbələr