AZ

ABŞ səfiri: Hizbullah üçün sülh fürsəti var

Apa.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Hizbullah başa düşməlidir ki, onlar üçün də gələcək var”.

APA xəbər verir ki, bunu ABŞ-ın Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barrak deyib.

O, Livanı regional dəyişikliklərdən geri qalmamağa çağırıb.

“Regionda hər şey çox sürətlə dəyişir. Livan bu prosesdən geri qalmamalıdır. Artıq Suriya və İsrail arasında danışıqlar başlayıb. Livan da oxşar addım atmalıdır. Hizbullah siyasi bir partiyadır. Üstəlik, hərbi gücü də var. Hizbullah başa düşməlidir ki, proseslər təkcə onların əleyhinə yönəlməyib. Bu hadisələrdə sülh və inkişafın kəsişmələri də ola bilər”- deyə ABŞ səfiri bəyan edib.

Xatırladaq ki, Tomas Barrak bundan əvvəl Hizbullahın tərksilah olunmasına çağırmışdı.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
26
apa.az

10Mənbələr