Rusiyanın Tver vilayətində saxta spirtli içki və markasız siqaret satışı ilə məşğul olan mütəşəkkil cinayətkar dəstə ifşa olunub.
Hafta.az xəbər verir ki, Rusiya mediası cinayətkar şəbəkənin 8 üzvünün həbs olunaraq istintaqa təhvil verildiyini, daha bir nəfərin isə ev dustaqlığına buraxıldığını yazır.
İstintaq orqanlarının açıqlamasına görə, şəbəkənin təşkilatçısı qohumları və yaxın çevrəsindən ibarət iyerarxik struktur quraraq, qanunsuz fəaliyyətin təmin olunması üçün xammal, avadanlıq və saxta etiketlərlə təchiz olunmuş butulkalar əldə edib. Məqsəd saxta məhsulları əsl brendlərə mümkün qədər oxşatmaq və geniş satış şəbəkəsi yaratmaq olub.
Qeyd olunur ki, saxlanılanlar arasında Azərbaycan əsilli şəxslər də var.
Hazırda istintaq davam edir.