AZ

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqında təlimat təsdiq edildi

“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqında Təlimat” təlimat təsdiqlənib.

Teleqraf xəbər verir ki, bu barədə Ədliyyə Naziri Fərid Əhmədov qərar imzalayıb.

Təlimat Konstitusiya, “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunlara, habelə qüvvədə olan digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanıb və Bələdiyyələrlə iş baş idarəsinin (bundan sonra - Baş idarə) və regional ədliyyə idarələrinin (bundan sonra - İdarə) bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı (bundan sonra - inzibati nəzarət) vəzifələrinin icrası qaydalarını müəyyən edir.

İnzibati nəzarət yalnız qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hallarda, bələdiyyələr tərəfindən qanunçuluğa əməl olunması baxımından həyata keçiriləcək.

Seçilən
0
50
teleqraf.com

10Mənbələr