AZ

Bakı ilə İrəvan arasında sülh danışıqları bir neçə formatda aparılır - MÜSAHİBƏ

BAKI, 7 iyul. TELEQRAF

Politoloq Fərhad Məmmədov Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının hazırkı vəziyyəti, Zəngəzur dəhlizi ətrafında artan müzakirələrə bağlı Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Fərhad bəy, Azərbaycanla Ermənistan arasında sülh sazişinin bu ilin sonuna kimi imzalanacağı ilə bağlı iddialar səslənir. Hazırda Bakı-İrəvan xəttində sülh, kommunikasiya xəttlərinin açılması, sərhədlərin dəqiqləşməsi və digər istiqamətlərə dair aparılan danışıqlar hansı səviyyədədir?

- Sülh sazişinin imzalanması və Zəngəzur dəhlizinin açılması ilə bağlı qərarların bu ay verilməsi ehtimalı yoxdur. Amma bu mövzuya dair ciddi müzakirələr aparıla bilər. Azərbaycan-Ermənistan münasibətlərinin bütün spektorlarını əhatə edən danışıqların olması mümkündür. Fərqli dövrlərdə danışıqlarda ayrı-ayrı mövzular irəli çıxırdı. Bu xüsusda sərhədlərin delimitasiya və demarkasiya mövzusu ən gec müzakirə edilən məsələlərdən oldu. Amma ilk nəticə də məhz iki ölkə arasında sərhədlərin dəqiqləşməsi istiqamətində baş verdi. Beləliklə, Azərbaycanla Ermənistan arasında sərhəddin 12 km-lik hissəsi tam delimitasiya və demarkasiya olundu. İndi də bu proses nisbətən asta da olsa davam edir. Bununla bağlı mexanizm var. Buna dair alətlər və president də mövcuddur. Sülh sazişinin mətni isə razılaşdırılıb. Eyni zamanda nəqliyyat-kommunikasiya və itgin düşmüş insanların axtarışına dair birgə fəalliyət təmin edilib. Hər iki tərəfdən komissiya rəhbərləri görüşlər keçirilir.

- Yekun razılaşmaların əldə edilməsi üçün hazırkı şəraiti nə dərəcədə əlverişlidir?

- Hazırda Azərbaycanla Ermənistan arasında danışıqların bir neçə istiqaməti var. Regional formatda da ilk iclaş baş tutub. Gürcüstanda belə bir görüş keçirildi. Bu məsələdə potensial var. Münasibətlərin ən azı sistemli şəkildə inkişafı gözlənilir. Sülh sazişinin imzalanması, nəqliyyat kommunikasiya xəttlərinin açılması ilə bağlı qərarlar ciddi müzakirələr tələb edir. Burada məsələləri ətraflı müzakirə etmək lazımdır. El məsəlində deyildiyi kimi yeddi dəfə ölçüb, bir dəfə biçmək lazımdır. Bunun üçün isə tərəflərin ən azından yedi dəfə görüşməsi tələb olunur.

- Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri arasındakı mümkün görüşlə bağlı proqnozlar nədən ibarətdir?

- Ölkə başçılarının görüşləri adətən beynəlxalq tədbirlər çərçivəsində baş verir. Bu da bir neçə dəqiqə və yaxud maksimum yarım saat olur. Ona görə də bunun üçün tam formatlı danışıqların olması vacibdir. Bu halda bütün məsələləri uzlaşdırmaq mümkündür. Yaxın gələcəkdə bu kontekstdə ciddi qərarların qəbul edilməsini proqnozlaşdırmaq bir qədər çətindir. Amma bu mövzular ətrafında ciddi müzakirələrin aparılması gözləniləndir.

Seçilən
11
17
teleqraf.com

10Mənbələr