Şair Nazilə Səfərli yenə də səmimi açıqlamaları ilə gündəmə gəlib. O, sosial şəbəkədə paylaşdığı videoda yay üçün aldığı, lakin geyinməyə cəsarət etmədiyi şortiklərdən danışıb.
Dərgi.az xəbər verir ki, hazırda Batumidə dincələn şairə yay planlarının istədiyi kimi alınmadığını deyib:
“Özümə iki şortik almışdım: birini Türkiyədən, birini Rusiyadan. Dedim ki, yay gələcək, gedib dənizdə geyinəcəyəm. Amma mən hara, atamla anamın yanında şortik geyinmək hara… Denən axı bunu niyə alırsan? Maya batdı”.
Nazilə Səfərlinin bu sözləri sosial şəbəkədə izləyiciləri arasında maraqla qarşılanıb. Bəziləri onun açıq və zarafatla danışma tərzini bəyənib, digərləri isə şairənin ailə dəyərlərinə və adət-ənənələrə sadiqliyini təqdir edib.
Qeyd edək ki, Nazilə Səfərli tez-tez sosial şəbəkələrdə gündəmi tutan çıxışları və şəxsi həyatı ilə bağlı səmimi açıqlamaları ilə diqqət çəkir. Onun bu paylaşımı da izləyiciləri arasında geniş rezonans doğurub.
Bu gönderiyi Instagram’da gör
Dergi.az (@dergi.az)’in paylaştığı bir gönderi