AZ

Husilər İsrailə raket və PUA hücumu həyata keçirib

Husilər Təl-Əvivdəki Ben Qurion hava limanına, Aşkelondakı elektrik stansiyasına, eləcə də Aşdod və Hayfa limanlarına hücum ediblər.

APA xəbər verir ki, bu barədə Husilərin sözçüsü Yəhya Saria bildirib.

Onun sözlərinə görə, İsrailin hücumlarına cavab olaraq Ben Qurion hava limanı, Eylat və Aşdod limanları da daxil olmaqla bir sıra hədəflər raketlər və pilotsuz uçuş aparatları ilə vurulub.

Qeyd olunub ki, hücumlar “Fələstin-2” hipersəs ballistik raketləri və PUA-lar vasitəsilə həyata keçirilib və hədəflərə uğurla çatıb.

Seçilən
1
14
apa.az

10Mənbələr