AZ

Qadınlarda ürək xəstəliyinin gözlənilməz səbəbi məlum oldu

Sosial nərdivanda özünü “aşağı” hiss edən qadınlar, hətta kliniki simptomlar olmasa belə gizli ürək-damar xəstəliklərinə meylli ola bilərlər.

Editor.az xəbər verir ki, bu barədə Biopsychosocial Science and Medicine (BSM) jurnalında dərc edilən araşdırmada deyilir.

Təcrübədə ürək xəstəliyi aşkarlanmayan 443 nəfər iştirak edib. Tədqiqatçılar onların subyektiv sosial statusunu (SSS) qiymətləndiriblər. Subyektiv sosial statusun obyektiv sosial statusla eyni olması şərt deyil, çünki o, hörmət, nüfuz və başqalarının münasibətini ehtiva edir. Daha sonra nəticələr subyektlərin ürəyindən götürülmüş MRT (maqnit rezonans görüntüləmə) məlumatları ilə müqayisə edilib.

Aşağı CCC olan qadınlarda latent miokard fibrozunun əlamətləri – normal ürək toxumasının birləşdirici toxuma ilə əvəz edilməsi aşkar edilib. Bu simptom ürək toxumasında iltihablı prosesləri göstərir. Kişilərdə isə belə bir əlaqə tapılmayıb

Müəlliflər vurğulayırlar ki, insanın cəmiyyətdəki mövqeyinin qavranılması bədəndəki bioloji proseslərə təsir edə bilər. Qadınlar buna xüsusilə həssasdırlar. Alimlərin fikrincə, ürək-damar xəstəliklərinin qarşısının alınması üçün proqramlar hazırlanarkən bu fakt nəzərə alınmalıdır.

//Gülnarə Abasova, Editor.az

Seçilən
7
36
editor.az

10Mənbələr