AZ

Qobustanda qayınata gəlinini öldürüb, arvadına xəsarət yetirib

Qobustanda qayınata gəlinini öldürüb, arvadına xəsarət yetirib.

İyulun 6-da rayonun Təklə kəndində 69 yaşlı Orucağa Ağayev 24 yaşlı gəlinini qətlə yetirib.

O, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

TƏBİB bildirib ki, dünən saat 18:20 radələrində 1959-cu il təvəllüdlü şəxs (qadın cinsli) başın açıq yarası və əlin kəsilmiş yaraları ilə Qobustan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya edilib.

Xəstəyə ilkin tibbi yardım göstərilib, instrumental və diaqnostik müayinələr aparılıb.

Seçilən
15
29
aznews.az

10Mənbələr