AZ

Balakəndə bacısını öldürən qardaşa HÖKM OXUNDU

Balakəndə

Balakəndə bacısını bıçaqlayaraq qətlə yetirməkdə təqsirləndirilən Adil Sayılovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.Ulusum.az APA-ya istinadla xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Günay Aşurovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Hökmə əsasən, təqsirləndirilən Adil Sayılovun cinayəti sübuta yetirilib və o, 7 il 10 ay müddətə azadlıqdan məhrum edilib.Qeyd edək ki, hadisə ötən ilin mart ayında Balakən rayonunda baş verib.Belə ki, 1973-cü il təvəllüdlü Adil Sayılov ailə münaqişəsi zəminində özündən 12 yaş böyük olan bacısı, 1961-ci il təvəllüdlü Həlimət Məmmədovanı bıçaqlayıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Həlimət Məmmədova xəstəxanaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilib.

Diqqət Çəkənlər

İsmayıllının sarı möcüzəsi: Günəbaxanlar diyarı - FOTO - VİDEO

Lahıc – Daş Divarlar Arasında Gizlənmiş Keçmiş - VİDEO

Uzun öpüşlərin təhlükəsi: Herpes, göbələk, hepatit B və daha nələr

Seçilən
1
50
ulusum.az

10Mənbələr