Tacikistanın nəqliyyat naziri Azim İbrohim Çinin nəqliyyat naziri Liu Veylə respublikanın Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu tikintisi layihəsinə qoşulma imkanlarını müzakirə edib.
Hafta.az-ın yazdığına görə, bu brədə Tacikistan Nəqliyyat Nazirliyinin saytında yazılıb.
Bildirilir ki, görüş Çinin Tyantszin şəhərində ŞƏT nəqliyyat nazirlərinin 12-ci iclası çərçivəsində baş tutan görüşdə Çin-Tacikistan-Özbəkistan-Türkmənistan-İran-Türkiyə-Avropa multimodal dəhlizinin daha da inkişaf etdirilməsinə Çinin yardımı və Tacikistanın Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu tikintisi layihəsinə qoşulması məsələsi müzakirə edilib".
Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsi Yeni İpək Yolu nəqliyyat sisteminin tərkib hissəsi kimi bu ölkələrin dəmir yollarının Türkmənistan, İran və Türkiyə üzərindən Avropa dəmir yolu şəbəkəsi ilə birləşdirilməsinə yönəlib.
Qırğızıstandan keçən marşrut uzun müzakirələrdən sonra “şimal” istiqamət seçildi: Çinin Kaşqar şəhərindən (Cənubi Sincanda dəmir yolunun son nöqtəsi), Toruqart keçid məntəqəsi, Arpa vadisi (Fərqanə silsiləsi), sonra Koş-Debe, Makmal kəndləri vasitəsilə Özbəkistanın Cəlal-Abad şəhəri.
İlkin olaraq Qırğızıstan hissəsinin planlaşdırılan uzunluğunun 268,4 kilometr, Çin hissəsinin isə 165 kilometr olacağı bildirilirdi. Yolun ümumi uzunluğu 454 kilometr müəyyən edilib. Sonrakı məlumatlara görə, dəmir yolunun uzunluğu 532,53 kilometrdir ki, bunun da 158,04 kilometri Çin (Kaşqar - Toruqart), 304,94 kilometri isə Qırğızıstan ərazisindədir.
Xatırladaq ki, 2014-cü ilin dekabrında Düşənbədə Çin - Qırğızıstan - Tacikistan - Əfqanıstan - İran dəmir yolu layihəsinin inkişafı ilə bağlı ilkin saziş imzalanıb. Bu dəmir yolu xəttinin Çin Kaşqarından Qırğızıstan, Tacikistan ərazilərindən keçərək Əfqanıstanın Heratına çəkiləcəyi gözlənilirdi. Sonradan onun İran dəmir yolu ilə birləşdirilməsi planlaşdırılır.
Bundan əvvəl İran hökuməti Tacikistana İran-Əfqanıstan-Tacikistan-Qırğızıstan-Çin dəmir yolunun tikintisinin mümkünlüyünü qiymətləndirmək üçün 1 milyon dollar təmənnasız yardım ayırdığını bəyan edib. Tacikistanın Nəqliyyat Nazirliyi və İranın “Metro” şirkəti arasında müvafiq sənəd imzalanıb və bu sənəd Tacikistan parlamentinin aşağı palatası tərəfindən ratifikasiya edilib.
Gözlənilirdi ki, Tacikistanda dəmir yolu arteriyası (təklif olunan yolun uzunluğu 270 kilometr olacaq) Vəhdat şəhərindən Karategin vadisi vasitəsilə Qırğızıstanla sərhədə (Karamık) qədər tikiləcək. Bununla belə, İran hökuməti tərəfindən Tacikistanda layihənin ilkin qiymətləndirilməsinin maliyyələşdirilməsi dayandırılıb. Bu layihə üçün ilk və indiyədək 200 min dollarlıq son tranş 2013-cü ildə verilib.