AZ

“Ağsu şəhər stadionu premyer-liqa oyunlarını keçirməyə hazır deyil” - PFL-dən açıqlama

Premyer-liqaya yüksəlsə də, hələ də özünə “yer tapmayan” “İmişli”nin ev oyunlarını hansı stadionda keçirəcəyi ilə bağlı sual cavabını tapmayıb.

Ən real variant kimi görünən Ağsu şəhər stadionundan da bir xəbər yoxdu. Stadion tam hazırdımı, Peşəkar Futbol Liqasının komissiyası Ağsuya bir daha baş çəkəcəkmi? Bu sualı PFL-in Media və marketinq direktoru Sənan Abdullayevə ünvanladıq:
“Ağsu şəhər stadionu premyer-liqa oyunlarını keçirməyə hazır deyil. Hələ görüləsi işlər var. Ondan sonra digər məqamlar haqda danışmaq olar. İşlər tamamlanana yaxın baş çəkilə bilər. Problemlər bəllidi. Əvvəldən də bəlli idi. Biz tərəfdən də çatdırılıb”.

MÜZƏFFƏR QULUZADƏ
Seçilən
91
9
football-plus.az

4Mənbələr