AZ

Sevindik Hüseynov ABŞ-da SAXLANILDI


ABŞ-ın Kaliforniya ştatında yaşayan Azərbaycan vətəndaşı Sevindik Hüseynov ABŞ dövlətinə qarşı 137 milyon dollarlıq tibbi sığorta fırıldağında ittiham olunaraq saxlanılıb.

News24.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Şimali Kaliforniya məhkəməsi məlumat yayıb.

Bildirilib ki, istintaq materiallarına əsasən, Sevindik Hüseynov saxta tibbi xidmət sənədləri, təqdimatlar, göndərişlər və fakturalar vasitəsilə ABŞ-ın sağlamlıq sistemindən külli miqdarda vəsait mənimsəyib.

Hüseynov ölkəni tərk etməyə çalışarkən saxlanılıb.

Seçilən
11
50
news24.az

10Mənbələr