Əgər ABŞ və İsrail yenidən İrana hücum edərsə, cavabımız əvvəlkilərdən daha güclü və qətiyyətli olacaq, biz Hayfa və Təl-Əvivi yerlə-yeksan edəcəyik.
Axar.az xəbər verir ki, bunu İran rəhbəri Əli Xameneinin Müdafiə Nazirliyindəki nümayəndəsi Ziyauddin Ağacanpur deyib.
“ABŞ-ın Qətərdəki bazasına raket hücum Trampın atəşkəs üçün yalvarmasına səbəb oldu”, - o əlavə edib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranın Qətərdəki bazaya raket hücumunu ABŞ ilə razılaşdırdığını və buna görə də Tehranın hücumu zamanı heç bir zərər olmadığını açıqlamışdı.