Misli Premyer Liqasının debütantı "İmişli" heyətinə yeni qapıçı cəlb edib.
Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi “Neftçi” klubunun U-19 komandasının üzvü İmam Əli ilə müqavilə imzalayıb.
Qolkiperin müqaviləsinin müddəti 2025/2026 mövsümünü əhatə edəcək.
18 yaşlı İmam Əli “İmişli”də üçüncü qapıçı kimi təcrübə qazanmağa çalışacaq.