AZ

Fransa İranda itkin düşən vətəndaşına görə narahatdır

Adı açıqlanmayan bir Fransa vətəndaşı iyunun ortalarından bəri İranda itkin düşüb.

APA xəbər verir ki, bu barədə Fransa mətbuatı xəbər yayıb.

Dövlətin rəsmi orqanlarına istinad edilən xəbərdə qeyd olunur ki, sözügedən şəxsin 18 yaşı var və hazırda ondan heç bir xəbər yoxdur.

İtkin düşmüş şəxsin Almaniya vətəndaşlığının da olduğu bildirilib.

Fransanın xaricdəki sakinlərdən məsul naziri, ticarət naziri Loren Sen-Marten RTL radiosuna açıqlamasında qeyd edib ki, itkin düşən şəxs barədə hələlik heç bir təfərrüat yoxdur.

“Bu, narahatedici bir itkin düşmə hadisəsidir və biz hazırda ailə ilə əlaqə saxlayırıq”, - nazir əlavə edib.

Xatırladaq ki, bundan başqa iki Fransa vətəndaşı 3 ildən artıqdır İranda İsrail üçün casusluq etmək ittihamı ilə həbs edilib.

Seçilən
9
35
apa.az

10Mənbələr