AZ

Qarnından canlı ilan balığı çıxdı FOTO

ain.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Qarın ağrısı şikayəti ilə xəstəxanaya gedən adam öldü-dirildi

 Çində şiddətli qarın ağrısı şikayəti ilə təcili şəkildə xəstəxanaya aparılan 30 yaşlı bir kişinin qarnından canlı ilan balığı çıxarılıb. Ölüm riski səbəbilə dərhal əməliyyata alınan şəxsin orqanları arasında balığın hərəkət etdiyi müəyyən edilib.

Qarın boşluğuna sızan balıq mədəni deşib

Sherg.az xəbər verir ki, NTV-də yer alan xəbərə görə, Hunan Tibb Universitetinin xəstəxanasında edilən KT (kompüter tomoqrafiyası) müayinəsində, kişinin qarnında yad cismin mədəni deşərək qarın boşluğuna sızdığı aşkar edilib. Həkimlər təcili müdaxilə qərarı verərək əməliyyata başlayıblar.

Balıq orqanlar arasında üzərkən tapıldı

Əməliyyat zamanı həkimlər, bağırsaq divarını deşərək qarın boşluğuna keçmiş canlı ilan balığını aşkarlayıblar. Demək olar ki, orqanlar arasında balığın “üzdüyü” bildirilib.

Cərrahlar balığı tutaraq çıxarıb, daha sonra zədələnmiş yoğun bağırsaq tikişlə bərpa olunub və infeksiya riskini azaltmaq üçün qarın boşluğu duzlu su ilə təmizlənib. Əməliyyatdan sonra xəstə sürətlə sağalaraq evə buraxılıb. Ancaq ilan balığının sonrakı taleyi ilə bağlı heç bir məlumat paylaşılmayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
17
sherg.az

10Mənbələr