AZ

Ayşe Barım məhkəmə qarşısında – Məşhurlar onu tək qoymadı

Türkiyədə məşhur aktyor və aktrisaların meneceri, "ID Consultancy" şirkətinin sahibi Ayşe Barım bu gün hakim qarşısına çıxacaq.

Musavat.com xəbər verir ki, Barıma dəstək olmaq üçün Çağlayan Ədliyyəsinə menecerliyini etdiyi bir çox məşhur sima gəlib.

Onlar arasında Serenay Sarıkaya, Hande Erçel, Birce Akalay, Bergüzar Korel, Halit Ergenç, Zerrin Tekindor, Ezgi Mola, Bige Önal, Merve Dizdar, Birkan Sokullu, Miray Daner, Metin Akdülger, Hakan Kurtaş və digərləri yer alıb.

Qeyd edək ki, Türkiyə mediasında Ayşe Barımın aktrisalardan birinin homoseksual müğənni ilə sevgili kimi təqdim etməsi ilə bağlı məlumatlar yayılmışdı.

Həmin müğənninin agentliyə və aktrisaya pul ödədiyi iddia edilmişdi. Onun Mert Demir, aktrisanın Serenay olduğu deyilirdi.

Bundan sonra İstanbul Baş Prokurorluğu tərəfindən "ID Consulting Limited" şirkətinin təsisçisi və ortağı, Serenay Sarıkaya kimi bəzi sənətçilərin meneceri olan Ayşe Barım haqqında sosial media platformalarında yayılan paylaşımlarda və xəbərlərdə yer alan iddialara dair istintaq başladılmışdı.

İstintaqın "iş azadlığının pozulması" və "şantaj" kimi iddialarla bağlı olduğu bildirilmişdi.

Könül
Musavat.com

Seçilən
9
6
musavat.com

10Mənbələr