Paytaxtın 3-cü mikrorayon dairəsi yaxınlığında sürücülər üçün yaranmış təhlükəli vəziyyət aradan qaldırılıb.
BAKU.WS-in əldə etdiyi məlumata görə, qeyd olunan ünvanda polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülməklə neqativ hal aradan qaldırılıb.
***12:15
Bakıda, 3-cü mikrorayon dairəsi yaxınlığında sürücülər üçün təhlükəli vəziyyət yaranıb.
BAKU.WS xəbər verir ki, bu barədə kadrlar sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, avtomobillərin sıx istifadəyə etdiyi küçəyə yaxın ərazidə söküntü işləri aparılır və bu zaman heç bir təhlükəsizlik tədbirləri görülmür.
Kadrlardan da aydın olur ki, söküntü aparılan ərazidə ekskavator işləyir. Yolun həmin hissəsinə təkərlər düzülsə də bunu baş verə biləcək bədbəxt hadisənin qabaqlayıcısı saymaq olmaz.
Hadisə yerindən kadrları təqdim edirik: