525.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Qəribə yol-nəqliyyat hadisəsi Meksikada baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Qvadalahara və Tonala şəhərlərinin kəsişməsində 5 nəqliyyat vasitəsi yolda yaranan çalaya düşüb.
Qəza nəticəsində 3 minik, 1 yük avtomobilində, həmçinin, avtobusda olan sərnişin və sürücülərin heç biri xoşbəxtlikdən xəsarət almayıb. Amma nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
Qeyd edək ki, çala leysan yağışların təsirindən torpaq sürüşməsi nəticəsində yaranıb. Ərazidə təmir-bərpa işləri aparılır.
L.Tağıyeva
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.