
Məşhur sənətçi Oğuzhan Koç-un İstanbulun nüfuzlu layihələrindən biri olan “Düşlər Vadisi Riva”dan təxminən 65 milyon TL dəyərində villa aldığı məlum olub.Son dövrlərdə bir çox tanınmış simaların da üstünlük verdiyi bu layihə təbiətlə iç-içə olması ilə seçilir. Layihədə yerləşən 4+1 planlı lüks villa, şəhərin səs-küyündən uzaq, sakit həyat axtaran Koç-un yeni ünvanı olacaq.“Hürriyet” qəzetindən Mehmet Üstündağın məlumatına görə, Koç qazancını daşınmaz əmlaka yatırmaqla həm ağıllı investisiya, həm də təbiətlə bağlı sadə bir yaşam tərzi seçdiyini nümayiş etdirib.Ulusum.az
Diqqət Çəkənlər
İsmayıllının sarı möcüzəsi: Günəbaxanlar diyarı - FOTO - VİDEO
Lahıc – Daş Divarlar Arasında Gizlənmiş Keçmiş - VİDEO
Uzun öpüşlərin təhlükəsi: Herpes, göbələk, hepatit B və daha nələr