AZ

“Sabah” – “Selye” oyununa nə qədər bilet satılıb?

Bakıda “Sabah” və Sloveniyanın “Selye” komandası arasında keçiriləcək UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununa indiyədək satılmış biletlərin sayı bəlli olub.

Msport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qarşılaşmaya hələlik 3000 bilet satılıb.

Qeyd edək ki, “Sabah” – “Selye” matçı iyulun 10-da, saat 20:00-da “Bank Respublika Arena”da baş tutacaq. Cavab görüşü iyulun 17-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Seçilən
1
50
msport.az

10Mənbələr