AZ

"MedEra Hospital"da falçı otağı: Elnur Əli həkimdir yoxsa...? - ŞİKAYƏT

“MedEra Hospital”da xalq təbabəti ilə xəstələri sağaltdığı bildirilən Elnur Əli əslində falçılıqla məşğuldur.

Belə bir iddia ilə redaksiyamıza oxucumuz Aynur Şahkərimova müraciət edib. Onun sözlərinə görə, onkoloji xəstə olan xalası inandığı üçün E.Əlinin yanına gedib: “Qəbulu 30 manatdır. Xalamla anam və o biri xalam da gedib. Ödəniş ediblər və “həkim” qapını bağlayıb başlayıb otaqda falçılıq etməyə.

Xəstənin səhhəti qalıb bir tərəfdə, birinə deyib sənin qara maşınlı kimin var, ona qəza görsənir, o birinə deyib səndə ağırlıq var, məni basır. Anama deyib ki, qurban kəs, bir pay da mənə gətir. Anam da pensiyasını gözləyir ki, qurban kəsib bir pay “həkim”ə, bir pay da köməkçisinə aparsın.

Xalama deyib sən xəstəsən, amma o biri xalam üçün deyib ölüm varsa o səndən qabaq öləcək. Anama deyib ki, sən korsan, xəstəxanaya düşəcəksən, get dənizdən duzlu su götür, çim. Ödənişi edilməsinə baxmayaraq, xalam üçün heç nə etməyib. Xalam yenidən gedib ki, pul ödəmişəm, falıma baxsın. Anama deyib sən ərinlə qonşu kimi yaşayırsan. 70 yaşlı qadına bu söz deyilər?

“MedEra Hospital”, bu nə şarlatanlıqdır? Sən tibb müəssisəsisən, bu biabırçılıqlara necə yol verə bilərsən?”


Seçilən
9
38
paytaxt.org

10Mənbələr