Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi, incəsənət məktəb və mərkəzlərinə direktor və direktor müavinlərinin işə qəbulu üzrə keçirilmiş müsabiqənin yekun nəticələri elan edilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqənin test mərhələsində keçid balını toplamış namizədlərdən 42-si müsahibə mərhələsində iştirak edib və onlardan 20-si müxtəlif vəzifələr üzrə uğur qazanıb.
Namizədlər "MyCulture" vahid şəxsi kabineti vasitəsilə müsabiqə nəticələri ilə tanış ola bilərlər.
Müsabiqə şərtlərinə əsasən, uğur qazanmış namizədlər 5 (beş) iş günü ərzində “MyCulture” vasitəsilə vakansiya seçimi edə bilərlər.
Qeyd edək ki, uğur qazanmış namizədlər ən azı 5, ən çoxu isə 20 vakansiya seçmək hüququna malikdirlər.